İlham Əliyev Kəlbəcərdə məktəb binasının təməlini qoyub - FOTO/VİDEO/YENİLƏNİB 

Hazırda oxunan: İlham Əliyev Kəlbəcərdə məktəb binasının təməlini qoyub - FOTO/VİDEO/YENİLƏNİB 

138278

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib - FOTO


Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq. 

Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. 

Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu. 

*** 14:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda 960 şagird yerlik məktəbin təməlqoyma mərasimində iştirak edib.
 






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO