YAP-a qoşulmaq üçün 6 partiya müraciət edib - SİYAHI

YAP-a qoşulmaq üçün 6 partiya müraciət edib - SİYAHI

Hazırda oxunan: YAP-a qoşulmaq üçün 6 partiya müraciət edib - SİYAHI

13827

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib.

Həmin partiyalar siyahısını Bizim.Media təqdim edir: 
 

MÖVZU İLƏ BAĞLI:

YAP-ın qurultayı qapalı şəraitdə işinə başlayıb - YENİLƏNİR - CANLI - FOTO

4 müxalifət partiyası YAP-a qoşulur! - SENSASİYA

“Ölkədə islahatlar gedir, bəs YAP bu islahatların harasındadır?"- Təhlil


Azərbaycan Milli Hərəkat Partiyası - Samir Cəfərov (Turan),

Azərbaycan Xalq Demokratik Partiyası - Rafiq Turabxanoğlu, 

Azərbaycan Kəndli Partiyası - Məmməd Məmmədov,

Milli Qurtuluş Partiyası - Vüqar Oruc (Bəyturan),

Azərbaycan Yurddaş Partiyası – Gülay Quliyeva,

Azərbaycan Demokrat Sahibkarlar Partiyası – Qasım Qasımov.

Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılaraq qərar qəbul ediləcək.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı bu gün səhər saatlarından artıq öz işinə başlayıb. Qurultay pandemiya səbəbindən media və ictimaiyyət nümayəndələri üçün qapalıdır.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məlumata görə bu günki qurultayda partiyanın idarə heyəti yenilənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO