Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

Hazırda oxunan: Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

138126

“Dünyada Azərbaycanın artan nüfuzu göz qabağındadır. Bu, hər kəsin etiraf etdiyi aksiomdur. Müzakirə predmetindən asılı olmayaraq, Azərbaycan istər üzv, istərsə də qonaq qismində regional və beynəlxalq təşkilatların iclaslarında iştirak edir, dövlətimizin başçısı cənab İlham Əliyevin dəyərli fikirləri maraqla dinlənilir, təşəbbüsləri yüksək səviyyədə dəstəklənir. 

Prezidentimizin Ali Avrasiya İqtisadi Şurasının Zirvə toplantısına qonaq qismində dəvət edilməsi, hörmətlə qarşılanması və təqdim olunması bu uğurların davamı, dövlətimizin regionun lideri olmasının bilavasitə göstəricisidir.
İclasda çıxış edən dövlətimizin başçısı Azərbaycanın əldə etdiyi nailiyyətləri, iqtisadi gücünü, həyata keçirdiyi layihələri və onun uğurlu nəticələrini, eləcə də qiymətli təşəbbüslərini iştirakçıların diqqətinə çatdıraraq ölkəmizin potensialını və dünya üçün əhəmiyyətini ortaya qoydu. Və sübut etdi ki, Azərbaycan heç bir sahədə kimdənsə asılı deyil, tam sərbəst və müstəqil dövlətdir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Azərbaycan özünün strateji maraqlarına söykənərək balanslaşdırılmış siyasət yürüdür, dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır, hər bir dövlətlə bərabər prinsiplər əsasında qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Azərbaycan Ermənistandan başqa, digər Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli formatda sıx əlaqələrə malikdir.

Həmin ölkələrlə ticarət dövriyyəsi 5 milyard dollara yaxındır və bu göstərici ildən-ilə yüksəlir. Azərbaycanın region dövlətləri üçün əhəmiyyətini artıran həm də onun əlverişli coğrafi mövqeyi, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, logistik imkanlarının genişliyi, tranzit yük daşımalarının səmərəli təşkili və etibarlı təminatıdır.
Dövlətimizin başçısının ifadə etdiyi kimi, bu gün ölkəmiz Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir, həmçinin regionda ən iri hava yük donanması bizdədir. Eləcə də Azərbaycanda bütün növ gəmiləri hazırlaya bilən tərsanə fəaliyyət göstərir, hətta qonşu ölkələrdən sifarişlər qəbul etməyə hazırdır. Bütün bunlar ölkəmizin regional üstünlüklərini təsdiq edən faktlardır”, - Səttar Möhbalıyev qeyd edib.

AHİK sədri bildirib ki, iclasda Ermənistanın Baş naziri Nikol Paşinyanın yersiz səsləndirdiyi mənasız fikirlərə dövlətimizin başçısı cənab İlham Əliyev dərin diplomatik biliyi və tutarlı arqumentləri ilə layiqli cavab verərək onu aciz duruma saldı: 

“Paşinyan hələ də Zəngəzur dəhlizinin açılmasına şübhə ilə yanaşır, amma unudur ki, “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev bu məsələni qısa müddətə reallaşdırdı. Artıq bu, Ermənistan tərəfindən də dəfələrlə təsdiqlənib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar.
Odur ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı canfəşanlıq etməsi əbəsdir, Azərbaycanın yaratdığı reallıq dəyişməzdir. Buna Ermənistanın gücü çatmaz. O ki qaldı Paşinyanın Laçın yolu ilə bağlı səsləndirdiyi iftiralara, bununla da bağlı layiqli cavabını aldı. Prezident İlham Əliyev əsl həqiqəti iştirakçıların diqqətinə çatdırmaqla Paşinyanın iddialarını alt-üst etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO