İlham Əliyev: “Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş və müttəfiq ölkədir”

İlham Əliyev: “Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş və müttəfiq ölkədir”

Hazırda oxunan: İlham Əliyev: “Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş və müttəfiq ölkədir”

138109

“Gürcüstan bizim üçün vacib tərəfdaş, müttəfiq və dost ölkədir”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təbrik məktubunda bildirilib.

"Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə və daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionumuzun təhlükəsizliyinə və tərəqqisinə mühüm töhfə verəcəkdir", - məktubda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO