İran Xarici İşlər nazirinin müavini Azərbaycana gələcək

İran Xarici İşlər nazirinin müavini Azərbaycana gələcək

Hazırda oxunan: İran Xarici İşlər nazirinin müavini Azərbaycana gələcək

1381

İran Xarici İşlər nazirinin müavini  Abbas İraqçı Azərbaycana səfər edəcək. 

Bizim.Media-nın məlumatına görə bunu Abbas İraqçının özü İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində jurnalistlərə açıqlamasında deyib. 

A.İraqçının sözlərinə görə, o, sərhəd bölgələr, xüsusilə Xudafərin körpüsü və Mil-Muğan su bəndi ilə yaxından tanış olacaq. 

Nazir müavini əlavə edib ki, iki ölkə sərhədlərində və su bəndlərində təhlükəsizliyin təmin olunması əsas müzakirə mövzularıdır. 

Bu arada, Rusiya kütləvi informasiya vasitələrində  İran prezidenti Həsən Ruhaninin xüsusi nümayəndələrinin Bakı, İrəvan və Moskvaya səfərləri barədə məlumatlar gedib.

Qeyd edilib ki, bu səfərlər Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar məqsədi daşıyır. Səfərin detalları açıqlanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO