ABŞ Azərbaycana nə vaxt səfir göndərəcək?

ABŞ Azərbaycana nə vaxt səfir göndərəcək?

Hazırda oxunan: ABŞ Azərbaycana nə vaxt səfir göndərəcək?

138040

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Amerikanın Azərbaycana yeni səfir təyinatının gecikməsi ilə bağlı məsələyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, M.Miller müvafiq məsələ ilə bağlı report.az-a açıqlamasında deyib ki, Dövlət Departamenti ötən ilin may ayında ABŞ Prezidenti Cozef Bayden tərəfindən namizədliyi irəli sürülən Mark Libbinin tezliklə təsdiqlənməsini dəstəkləyir:

“Biz namizədimizin tezliklə təsdiqlənməsini dəstəkləyirik. Bununla bağlı əlavə suallarınız varsa, yəqin ki, onları Kapitoliyə yönləndirməlisiniz”.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.

2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden Mark Libbi adlı diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Baydenin Azərbaycana səfir namizədi Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.
O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO