Bu gün, Afrika İttifaqının beynəlxalq təşkilat olaraq təsis edilməsindən 60 il ötür. Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Afrika ölkələrinə və Afrika İttifaqının Komissiyasına öz səmimi təbriklərini çatdırır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat verilib.
Bildirilib ki, ötən 60 il ərzində İttifaq qlobal sülh, təhlükəsizlik və davamlı inkişafa Afrika qitəsinin dəyərli töhfələrinin verilməsində önəmli rol oynayıb.
Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq davamlı əsasda şaxələnməklə yüksələn xətt üzrə inkişaf edir.
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan verib. Afrika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Afrika qitəsini prioritet region olaraq elan edib və xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırıb.
Təsadüfi deyildir ki, 2 mart 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış və həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə 1 milyon ABŞ dolları ianə elan olunub.
Azərbaycan Respublikası Afrika qitəsində diplomatik təmsilçiliyini də tədricən artırmaqdadır. Qitədə mövcud olan diplomatik nümayəndəliklərə əlavə olaraq, ötən ilin sonunda Keniyada diplomatik nümayəndəlik təsis edilib.
Azərbaycan tərəfi əmindir ki, ortaq dəyər və prinsipləri bölüşdüyü Afrika ölkələri ilə əməkdaşlıq bundan sonra da həm ikitərəfli əsasda, həm də Afrika İttifaqı çərçivəsində daha da inkişaf edəcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:15 / 25.05.2023
XİN-dən Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə BƏYANAT
Hazırda oxunan: XİN-dən Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə BƏYANAT
Hazırda oxunan: XİN-dən Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə BƏYANAT
137985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.