Ərdoğan:

Ərdoğan: "Zəlzələdən sonra Azərbaycanın dəstəyini hiss etdik"

Hazırda oxunan: Ərdoğan: "Zəlzələdən sonra Azərbaycanın dəstəyini hiss etdik"

137569

“Fevral ayında baş verən zəlzələdən sonra Qətərdən Azərbaycana qədər bütün qardaşlarımızın dəstəyini hiss etdik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə çətin vaxtlarda hər kəsə kömək edib: "Ona görə dünya dövlətləri də bizim yanımızda oldu".

Ərdoğan qeyd edib ki, zəlzələnin təsirlərinin aradan qaldırılması üçün işlər davam edir.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO