Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İsraildə keçirilən “Qeyri-müəyyənlik dövründə baxış və strategiya” mövzusunda konfransda çıxış edib.
Bizim.Media xəbər verir ki, Herzliya şəhərində keçirilən konfransda çıxışı zamanı nazir müavini strateji xarakter daşıyan Azərbaycan-İsrail əlaqələrindən bəhs edib.
Sabah F.Rzayev həmçinin Təl-Əviv Universitetində İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə çıxış edəcək.
Məlumata görə, tədbirdə İkinci Qarabağ müharibəsinin nəticələri, eləcə də Azərbaycan ilə İsrail arasında əməkdaşlığın və strateji tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Tədbirdə həmçinin Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, Təl-Əviv Universitetinin professoru Eytan Yanarocaq və Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin direktoru doktor Brendon Fridman da iştirak edəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:00 / 23.05.2023
İsraildə İkinci Qarabağ müharibəsinin nəticələri müzakirə ediləcək
Hazırda oxunan: İsraildə İkinci Qarabağ müharibəsinin nəticələri müzakirə ediləcək
Hazırda oxunan: İsraildə İkinci Qarabağ müharibəsinin nəticələri müzakirə ediləcək
137502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.