Ərdoğan İlham Əliyevlə türk dünyası ilə bağlı müzakirələrini AÇIQLADI

Ərdoğan İlham Əliyevlə türk dünyası ilə bağlı müzakirələrini AÇIQLADI

Hazırda oxunan: Ərdoğan İlham Əliyevlə türk dünyası ilə bağlı müzakirələrini AÇIQLADI

137459

"Türkiyə türk dünyasında əməkdaşlığın güclənməsini dəstəkləyir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının güclənməsi xüsusi məsələdir:

“Bu məsələ ilə bağlı türk dövlətlərinin rəhbərləri ilə danışıqlarımız, qardaşım İlham Əliyevlə müzakirələrimiz olub. Biz burada toplaşdıq, başqa türk dövlətlərinin liderləri ilə görüşdük. Bütün bunlar türk dünyasına qarşı həssaslığımızın ən gözəl nümunələridir”.

Dövlət başçısı seçkilərdəki rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu da tənqid edib:

"1944-cü ildə CHP hakimiyyətdə olarkən 100-dən çox azərbaycanlı Boraltan körpüsü yaxınlığında kommunist rejiminə təhvil verilib. Onlar  elə Sovet-Türkiyə sərhədində güllələnib. Kılıçdaroğlu Suriyanın şimalından qoşunlarımızı çıxararaq Türkiyənin yenidən təhlükəsizlik problemləri və qaçqın axını ilə üzləşməsini istəyir. Bu, vaxtilə Boraltan körpüsündə üzləşdiyimiz biabırçılıqla eynidir.

Unutmayın, azərbaycanlılar ruslar, ermənilər tərəfindən deyil, bizim tərəfimizdən öldürülmələrini xahiş ediblər. Qarabağ işğaldan azad olunandan sonra CHP-nin yaratdığı bu qara ləkədən təmizləndik. Biz əvvəldən bu məsələdə vicdana, ümumbəşəri, İslami dəyərlərə söykənən mövqe tutmuşuq”.

Xatırladaq ki, 1940-cı illərin əvvəllərində Azərbaycan ziyalılarının böyük bir qrupu Stalin repressiyalarından Türkiyəyə qaçıb. O vaxtkı Türkiyə hökuməti Stalinin tələblərinə tab gətirə bilməyib, Türkiyədə sığınacaq tapmış azərbaycanlıları SSRİ-yə qaytarmaq qərarına gəlib.
Azərbaycanlılar türk komandirlərindən onları türk bayrağı altında güllələməyi xahiş ediblər, lakin onlar Sovet hakimiyyətinin nümayəndələrinə təhvil verilib və Naxçıvan muxtariyyətini Türkiyə ilə birləşdirən Araz çayı üzərindəki Boraltan körpüsündən keçən kimi güllələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO