Prezident və xanımı Litvanın müstəqilliyi uğrunda həlak olanların abidəsini ziyarət ediblər - FOTO/VİDEO

Prezident və xanımı Litvanın müstəqilliyi uğrunda həlak olanların abidəsini ziyarət ediblər - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və xanımı Litvanın müstəqilliyi uğrunda həlak olanların abidəsini ziyarət ediblər - FOTO/VİDEO

137330

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.

Bizim.Media xəbər verir ki, abidə Antakalnis qəbiristanlığında yerləşir. 

Burada Sovet qoşunlarının Litva Radio və Televiziyası binasına və Vilnüs teleqülləsinə hücumu nəticəsində həlak olanlar dəfn olunub.

Qeyd edək ki, binaya hücum zamanı 13 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb. 1991-ci il yanvarın 16-da Vilnüsdə yerləşən Antakalnis qəbiristanlığında dəfn mərasimi keçirilib. 1991-ci il hadisələrinin qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq hər il yanvarın 13-də Litvada Azadlıq Müdafiəçiləri Günü qeyd edilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO