Gitanas Nauseda: “Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik”

Gitanas Nauseda: “Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik”

Hazırda oxunan: Gitanas Nauseda: “Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik”

137272

“Mən Sizi bu gün Vilnüsdə salamlayıram. Bir il öncə Azərbaycana səfərim çərçivəçində əhəmiyyətli müzakirələrə start verdik, təhsil sahəsində əlaqələrimizi gücləndirməyə də qərar verdik”.

Bizim.Media xəbər verir ki, bunu Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında Litva Respublikasının Prezidenti Gitanas Nauseda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


Litva Prezidenti deyib ki, bu gün Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcək: 

“Bu gün mühüm sənədlər də imzalandı”.

Gitanas Nauseda qeyd edib ki, 2006-cı ildən Litva beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla birgə iştirak edir: 

“Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir”.

Gitanas Nauseda vurğulayıb ki, Azərbaycan Litva üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində çox önəmli ölkə, eyni zamanda bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO