İranın terror fəaliyyəti YENİDƏN GÜNDƏMDƏ – Əhməd Obalıya hücumun PƏRDƏARXASI

İranın terror fəaliyyəti YENİDƏN GÜNDƏMDƏ – Əhməd Obalıya hücumun PƏRDƏARXASI

Hazırda oxunan: İranın terror fəaliyyəti YENİDƏN GÜNDƏMDƏ – Əhməd Obalıya hücumun PƏRDƏARXASI

137260

Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Bu barədə məlumat verən Günaz.TV-nin Bakı ofsinin rəhbəri Araz Obalının açıqlamasına görə, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.

O bildirib ki, Əhməd bəy ABŞ-ın Kaliforniya ştatında hoteldə bəzi şəxslərin terror hücumuna məruz qalıb: 

“Hal-hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhməd Obalını və oğlu Dənizi ABŞ-da ölümcül döydülər - FOTO


Son məlumata görə, polis Əhməd Obalıya qarşı hücumu həyata keçirənləri həbs edib. Onların 6 nəfər olduğu bildirilir. 

Bu hadisə onu göstərir ki, İran rejimi ölkədə baş qaldıran etirazların öhdəsindən gələ bilməyərək, çıxış yolunu azərbaycanlı fəallara qarşı ənənəvi olaraq tutduğu terror hərəkətlərini yenidən genişləndirməkdə görür. 

Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, bu hadisə bir daha göstərir ki, İran dövlət səviyyəsində terrorla məşğul olur:

“İran terrorist dövlətdir, terror onun fəaliyyətində əsas yer tutur. Əhməd Obalı “Günaz.TV-nin yaradıcısıdır və tez-tez Azərbaycanda olur. Əhməd Obalı tək cənublu soydaşlarımızın problemlərini deyil, eyni zamanda Qarabağ problemini də dəfələrlə qaldırıb. O, Azərbaycanın səsini dünyaya çatdıran ziyalılardan biridir. İran gör nə qədər acizdir, nə qədər pis günə qalıb ki, öz xalqının marağı naminə çıxış edən insanı ABŞ kimi bir dövlətin ərazisində terrora məruz qoyur. ABŞ-ın hadisəyə mövqeyi də maraqlıdır. Artıq 6 nəfəri tutublar ki, onlar da birmənalı şəkildə İrana bağlı adamlardır.

Prosesin arxasında SEPAH-ın olduğuna inanmıram. Böyük ehtimalla hadisəni törədənlər “Əl-Qüdsi” təşkilatının adamları olub. İranda terroristləri hazırlayan əsas böyük təşkilat “Əl-Qüdsi”dir. İran rejimi plüralizmi, başqa fikirdə olanları sevmir”. 

Ekspertə görə, bu olay Azərbaycan üçün də xəbərdarlıqdır:

“Milli Məclisin üzvü Fazil Mustafaya açılan atəşin arxasından da onlar çıxdı. Azərbaycanda agentura şəbəkəsi qurmuş “Kərimə dövləti” yaratmaq istəyənlər də məhz İranın tapşırığı ilə hərəkət edirlər. İran lazım olan cəzanı almalıdır”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO