Azərbaycan və Litva arasında sənədlər imzalandı - FOTO/VİDEO

Azərbaycan və Litva arasında sənədlər imzalandı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Litva arasında sənədlər imzalandı - FOTO/VİDEO

137246

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilas imzalayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene imzalayıblar.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene imzalayıblar.
 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO