Azərbaycan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasinda iştirak edir

Azərbaycan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasinda iştirak edir

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasinda iştirak edir

137066

Mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 22-dək davam edəcək sessiyada alyansa üzv 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər. 

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda müzakirələr aparılır. 
Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO