Müstəqillik Günü ilə bağlı Prezidentə TƏBRİK MƏKTUBLARI

Müstəqillik Günü ilə bağlı Prezidentə TƏBRİK MƏKTUBLARI

Hazırda oxunan: Müstəqillik Günü ilə bağlı Prezidentə TƏBRİK MƏKTUBLARI

137017

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani, İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani və “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndəriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvaninin ünvanladığı məktubda deyilir: 

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram. 

Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm. 

Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". 

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudaninin ünvanladığı məktubda deyilir: 

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu. 

Hörmətli cənab Prezident! 

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. 

Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm”. 

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostinin ünvanladığı məktubda deyilir: 

“VTB Bank”ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımlayır.

Rusiyada şəxsən Sizin ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə yönəlmiş böyük səylərinizi yüksək qiymətləndirirlər. Sizin ortaq tariximizin, insanlar, o cümlədən sahibkarlıq icmaları arasında yaranmış mehriban qonşuluq, dostluq əlaqələrinin qorunub saxlanılmasının vacibliyini yüksək dəyərləndirməyiniz iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyinin və strateji xarakterinin əyani təzahürləridir. 

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına isə səadət, firavanlıq və əmin-amanlıq arzu edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO