Almaniya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ 

Almaniya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Almaniya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ 

137008

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident! 

Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 

Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir. 

Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır.

Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik. 
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO