Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub

Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub

Hazırda oxunan: Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub

136941

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazanda Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Patriarx Kiril Allahşükür Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğulayıb.  

O qeyd edib ki, şeyx cənablarına xas olan müdriklik, cəsarət və məsələlərə çevik yanaşma qabiliyyəti onu digərlərindən fərqləndirən mühüm insani xüsusiyyətlərdəndir:  

"Cənab şeyxin bu xüsusiyyətləri, eləcədə aramızdakı səmimi dostluq və əsl qardaşlıq münasibətləri, sözdə deyil, əməldə həmfikir olmağımızı mən çox yüksək qiymətləndirirəm. Ayrıca mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən hörmətli şeyx həzrətlərinə ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm." 

QMİ sədri öz növbəsində Patriarx Kirilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmaqdan və onunla yenidən görüşməkdən şərəf duyduğunu dilə gətirib. 

QMİ sədri Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirdi və iki lider arasındakı səmimi dostluq və həmrəyliyi yüksək qiymətləndirdiyini ifadə edib. 

Patriarx Kiril bundan sonra da Azərbaycan və Erməni dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb: "Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim cənab Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın." 

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə ediblər. 
Görüşdə Rus Pravoslav kilsəsinin iyerarxları, Moskva Patriarxiyası xarici kilsələrarası əlaqələr şöbəsini sədri, mitropolit Antoniy, Moskva Patriarxiyası İşlər müdiri mitropolit Dionisiy və Kazan mitropoliti Kiril, QMİ tərəfindən sədrin Birinci müavini, müfti Salman Musayev iştirak ediblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO