Britaniya Ermənistanı azərbaycanlı əsir əsgərlərlə beynəlxalq hüquqa uyğun davranmağa ÇAĞIRDI

Britaniya Ermənistanı azərbaycanlı əsir əsgərlərlə beynəlxalq hüquqa uyğun davranmağa ÇAĞIRDI

Hazırda oxunan: Britaniya Ermənistanı azərbaycanlı əsir əsgərlərlə beynəlxalq hüquqa uyğun davranmağa ÇAĞIRDI

136838

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məktubunu cavablandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan məktubda Ermənistan hakimiyyəti tərəfindən hər iki Azərbaycan əsgərinə qarşı qeyri-insani rəftara yol verilməsi ilə bağlı məlumat verildiyinə görə minnətdarlıq ifadə edilib.
“Mən Azərbaycanla və Cənubi Qafqaz kimi daha geniş regionla əlaqələrimizə məsuliyyət daşıyan nazir kimi cavab verirəm. FCDO ümumbəşəri insan hüquqlarının önə çəkməyə can atır. Biz dövlətləri məhbuslarla beynəlxalq insan haqları hüququna uyğun davranılmasını təmin etməyə çağırırıq. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tələb etdiyi kimi, buna humanist rəftar və insan şəxsiyyətinə xas ləyaqətə hörmət daxildir.

Dövlətlər himayəsində olan şəxslərlə humanist rəftar sahəsində minimum təminatları təmin etmək üçün tədbirlər görməlidir. Buna məhbusların ilkin tələbatının və əsas ehtiyacları ilə bağlı xidmətlərin təmin edilməsi daxildir. Böyük Britaniya hökuməti mütəmadi olaraq müxtəlif tərəfdaşlarla, o cümlədən Ermənistanla insan hüquqları məsələlərini qaldırır”, - məktubda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO