İlham Əliyev Tokayevi təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Tokayevi təbrik etdi

136429

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. 

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. 

Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb. 

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO