Bölgədəki ortaq strateji layihələr, həmçinin Qarabağda atəşkəsdən sonra bölgənin sabitliyi məsələlərini həmkarımla müzakirə etdik.
Bizim.Media Türkiyə mətbuatına istinalda xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
''Qarabağda mədəni mirasın bərpasına dəstək verəcəyik'' - Çavuşoğlu - FOTO
Çavuşoğlu bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüsatn XİN rəhbərlərinin təxirə salınan üçtərəfli tədbiri ən qısa vaxtda baş tutacaq:
"Bizim, Gürcüstanın da içində olduğu bölgədə əməkdaşlığımız artaraq davam edəcək. Üçtərəfli mexanizmə önəm verirk"
XİN başçısının sözlərinə görə TANAP, Bakı-Tbilis- Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin gücləndirilməsini də müzakirə mövzusu olub.
"Bu məsələlərdə 3 ölkə deyil, bölgədəki digər ölkələrin də iştirakı diqqətdə oldu",-deyə türkiyəli nazir qeyd edib.
Bizim.Media