Qarabağdan təcili yardım maşınları ilə doqquz xəstə Ermənistanın tibb müəssisələrinə çatdırılıb. Onların aparılmasına Rusiya sülhməramlı kontingenti köməklik göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Armenia" nəşri yayıb.
Mənbə yazır ki, xəstələrlə birlikdə 7 müşayiətçi də Ermənistanın tibb mərkəzlərinə yola düşüb.
Qeyd edək ki, bundan əvvəl xəstələrin daşınması və dərman preparatlarının çatdırılması ilə Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olurdu. Lakin aprelin 29-dan BQXK Qarabağdakı tibb müəssisələrindən Ermənistana xəstələr daşımır və Xankəndini dərman preparatları ilə təmin etmir.
Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri aprelin 23-də Laçın dəhlizinin girişində Həkəri çayı üzərindəki körpüdə sərhəd keçid məntəqəsi quraşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:20 / 16.05.2023
Rus sülhməramlıları 9 erməni xəstəni Xankəndidən Ermənistana apardı
Hazırda oxunan: Rus sülhməramlıları 9 erməni xəstəni Xankəndidən Ermənistana apardı
Hazırda oxunan: Rus sülhməramlıları 9 erməni xəstəni Xankəndidən Ermənistana apardı
136265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.