Şarl Mişeldən önəmli açıqlama -  Zəngəzur dəhlizi boyunca dəmir yolu AÇILIR - VİDEO

Şarl Mişeldən önəmli açıqlama -  Zəngəzur dəhlizi boyunca dəmir yolu AÇILIR - VİDEO

Hazırda oxunan: Şarl Mişeldən önəmli açıqlama -  Zəngəzur dəhlizi boyunca dəmir yolu AÇILIR - VİDEO

135957

“İlham Əliyev və Nikol Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşlə bağlı verdiyi açıqlamasında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Mişel və Paşinyanla üçtərəfli görüşü başa çatdı - 4 saat DAVAM EDİB


“Bakı və İrəvan Azərbaycanın 86,6 min kvadrat kilometr, Ermənistanın isə 29,8 min kvadrat kilometr ərazisinə hörmətlə yanaşır”, deyə o vurğulayıb.

Onun sözlərinə görə, məhbuslar yaxın həftələrdə azadlığa buraxılacaqlar:

“Belə bir razılaşma bu gün Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə olunub”.
Ancaq Avropa Şurasının Prezidenti söhbətin hansı məhbuslardan getdiyini açıqlamayıb.

Şarl Mişel əlavə edib ki, İlham Əliyev və Nikol Paşinyan müvafiq qruplara dəmir yolu (Zəngəzur dəhlizi boyunca nəzərdə tutulur)  kommunikasiyalarının açılması üzərində işləməyi tapşırıblar:

"Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək".

Bundan əlavə, o, növbəti görüşlərin Brüssel formatında müntəzəm keçirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti bildirib ki, İlham Əliyev və Nikol Paşinyan iyulda onun vasitəçiliyi ilə növbəti görüş keçirəcək.

Qeyd edək ki, Brüsseldə 4 saata yaxın davam edən İlham Əliyev-Mişel-Paşinyan üçtərəfli görüşü başa çatıb.


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO