Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin görüşü başladı - FOTO/VİDEO

Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin görüşü başladı - FOTO/VİDEO

Hazırda oxunan: Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin görüşü başladı - FOTO/VİDEO

135919

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü başlayıb.

Bizim.Media xatırladır ki, Azərbaycan lideri dünəndən Belçika paytaxtında səfərdədir.

Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib.

Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO