Sadır Japarov: “Qırğızıstanda Heydər Əliyev adına məktəbin açılışı xalqlarımızın qardaşlığının rəmzidir”

Sadır Japarov: “Qırğızıstanda Heydər Əliyev adına məktəbin açılışı xalqlarımızın qardaşlığının rəmzidir”

Hazırda oxunan: Sadır Japarov: “Qırğızıstanda Heydər Əliyev adına məktəbin açılışı xalqlarımızın qardaşlığının rəmzidir”

135515

“Dahi Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu. Onun genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələri və çox fəal xarici siyasəti Azərbaycana ölkənin hüdudlarından uzaqlarda da şöhrət qazandırdı”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir. 

“Biz Sizin şəxsinizdə Heydər Əliyevin Azərbaycanın tarixi qələbəyə nail olduğu, regionda sabitləşdirici siyasi rol oynadığı və beynəlxalq iqtisadi münasibətlərdə nüfuzlu mövqelərə sahib olduğu siyasətinin uğurlu davamını görürük. Qürur hissi ilə qeyd edirəm ki, Qırğızıstanda Azərbaycanın böyük Liderinin adına olan məktəbin bizim tərəfimizdən birgə açılışı əlamətdar hadisədir, qırğız və Azərbaycan xalqlarının qardaşlığının rəmzidir”, - deyə məktubda vurğulanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO