Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib

Hazırda oxunan: Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib

135513

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhanan ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, nazir Ceyhun Bayramov səfir Sridharan Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı, Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramov, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıqdan bəhs edərək, münasibətlərin inkişafı üçün mövcud potensialdan istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin, qarşılıqlı səfərlərin faydalı olduğu diqqətə çatdırılıb. Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində çoxtərəfli əməkdaşlıq təcrübəsinə sadiqliyin əhəmiyyətini qeyd edib. 

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb.

Beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb. 
Səfir Sridharan Madhusudhanan qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycan və Hindistan arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının mühüm olduğunu diqqətə çatdırıb. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO