Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin yeni komandanı Aleksandr Lentsovla ilə görüşdən sonra separatçılar bir qədər ümidlənmişdilər. Separatçılar düşünürdü ki, rus general Azərbaycanın Laçın yolunun başlanğıcında qurduğu sərhəd-keçid məntəqəsini ləğv edəcək.
Qeyd edək ki, Lentsov bu məsələni müzakirə etmək istəyib, ancaq Azərbaycan Müdafiə Nazirliyi həmin məsələnin müzakirə mövzusu olmadığını bildirib. Lentsovun qondarma rejimə çatdırdığı bu cavab isə separatçıların xoşuna gəlməyib. Yaranmış vəziyyət onu göstərir ki, separatçıların Lentsova olan ümidləri də boşa çıxır.
Ermənistanın “Roparat” nəşri isə yazır ki, sülhməramlı kontingentin rəhbərliyi separatçı rejimin açıq şəkildə anrirusiya fəaliyyəti sərgiləməsindən narahatdır. Bu fonda Xankəndidə separatçılar daxilində də gərginlik artır. Ruben Vardanyana yaxın olan qüvvələrlə Araik Arutyunyana bağlı qüvvələr arasında çəkişmələr tədricən qızışmaqdadır.
Separatçı qruplar arasında gərginlik silahlı toqquşmaya çevrilə bilərmi?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, yaxın günlərdə separatçılar daxilində silahlı toqquşmaların şahidi olacağıq:
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan daha bir təxribat: Hərbi qulluqçumuz ağır yaralandı
“Hazırda Qarabağ separatçıları daxilində böyük ixtilaf yaranıb. Moskvanın agenti Ruben Vardanyana bağlı dəstələrlə Paşinyana yaxın olan Araik Arutyunyan ətrafında toplaşan adamlar arasında ciddi qarşıdurmalar mövcuddur. Hətta Qarabağdakı separatçılar arasında bir-birilərinə silah tuşlayacaq qədər dərin nəfrətin hökm sürdüyü bildirilir.
Belə kəskin qarşıdurmanın hökm sürdüyü bir zamanda separatçılar arasında açıq silahlı toqquşmaların olması ehtimalı da böyükdür. Çünki hazırkı məqamda Rusiya Ukrayna müharibəsilə əlaqədar buradakı prosesə tam şəkildə nəzarət etmək imkanında deyil. Hesab edirəm ki, Rusiyanın əlinin altındakı separatçı dəstələrin əks tərəfə qarşı təxribatlar törətməsi ehtimalı da böyükdür. Yaxın günlərdə separatçılar arasında qanlı silahlı toqquşmaların şahidi olacağıq”.
Rüfət Sultan, Bizim.Media