İlham Əliyev: “Atamın, şəhidlərimizin ruhu şaddır” – VİDEO 

İlham Əliyev: “Atamın, şəhidlərimizin ruhu şaddır” – VİDEO 

Hazırda oxunan: İlham Əliyev: “Atamın, şəhidlərimizin ruhu şaddır” – VİDEO 

135215

"Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib.

Dövlət başçısı deyib: 

"Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olub, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas edib. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr edib və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO