Çavuşoğlu:

Çavuşoğlu: "Nemezis" abidəsinin götürülməsi üçün tədbirlər görəcəyik - VİDEO

Hazırda oxunan: Çavuşoğlu: "Nemezis" abidəsinin götürülməsi üçün tədbirlər görəcəyik - VİDEO

134907

“Ermənistana "Nemezis" abidəsinin götürülməsi üçün müraciətlər göndərdik, əlavə tədbirlər görməyi də düşünürük”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber”ə müsahibəsində deyib.

M.Çavuşoğlu deyib ki, Türkiyə Ermənistan üçün önəmli jestlər edib, amma Ermənistan səmimi olmadığını bir daha göstərib.

"Ermənistanla münasibətlərin normallaşması istiqamətində bəzi jestlər etdik. Məqsədimiz bir tərəfdən münasibətlərin normallşaması, digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına töhfə vermək idi. İrəvanda terrorçulara "Nemezis" abidəsinin qoyulması qəbuledilməzdir. Abidənin götürülməsi üçün Ermənistana lazımı müraciətləri göndərdik. Əlavə tədbirlər görməyi də düşünürük", - deyə M.Çavuşoğlu əlavə edib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO