İran XİN-in məxfi sənədləri ələ keçirilib? - AÇIQLAMA

İran XİN-in məxfi sənədləri ələ keçirilib? - AÇIQLAMA

Hazırda oxunan: İran XİN-in məxfi sənədləri ələ keçirilib? - AÇIQLAMA

134863

İran Xarici İşlər Nazirliyinin rəsmi saytı haker hücumuna məruz qalıb.

Bizim.Media İran mediasına istinadən xəbər verir ki, nazirliyin saytı hücum səbəbindən bir müddət işləməyib. 

Hadisədən sonra XİN-in saytında ana səhifədə “Xameneiyə ölüm, yaşasın Rəcəvi” sözləri yazılıb.

Bununla yanaşı, bir qrup haker İran XİN-in bir çox məxfi sənəd və materiallarını, eləcə də nazirlik əməkdaşlarının şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. 

İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani isə qurumun məxfi sənədlərinin ələ keçirilməsi barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, yalnız saytın interfeysi haker hücumuna məruz qalıb.
O bildirib ki, bütün lazımi tədbirlər görülüb və sayt artıq istifadə üçün açıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO