İslamabadda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub

İslamabadda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub

Hazırda oxunan: İslamabadda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub

134723

Azərbaycanın Pakistandakı səfirliyi Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirib. 

Bizim.Media xəbər verir ki, İslamabadda keçirilən tədbirdə yüksək vəzifəli şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İştirakçılar vurğulayıblar ki, uzaqgörən lider olmuş Heydər Əliyevin Azərbaycana sədaqəti və bağlılığı nəticəsində ölkədə dəyişikliklər baş verib və bu, onun gələcək inkişaf yolunu müəyyən edib. 

Qeyd edilib ki, Ümummilli Lider bütün həyatı boyu liderlik, müdriklik və xalqına dərin məhəbbət nümayiş etdirib. 

Bundan başqa, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin Azərbaycanın müxtəlif sahələrində, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət və diplomatiya sahələrində müasirləşməsinin və inkişafının əsasını qoyduğu vurğulanıb. Onun rəhbərliyi altında Azərbaycan çətin dövrdən çıxaraq inkişaf və rifah yoluna qədəm qoyub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO