Baş nazir Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

Baş nazir Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

Hazırda oxunan: Baş nazir Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

134684

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 6-da ölkədə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” reqatasında iştirakı yüksək qiymətləndirilib. 

Turninin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb. 
Eyni zamanda Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO