Ermənistanın xarici işlər və baş nazirinin dəbdəbəli səyahətləri ortaya çıxdı

Ermənistanın xarici işlər və baş nazirinin dəbdəbəli səyahətləri ortaya çıxdı

Hazırda oxunan: Ermənistanın xarici işlər və baş nazirinin dəbdəbəli səyahətləri ortaya çıxdı

134530
Ermənistanın xarici işlər naziri və baş nazirinin təmtəraqlı təyyarə səfərləri ilə bağlı faktlar ortaya çıxıb. ANS PRESS-in məlumatına görə,  səfərlər barədə faktları "Aykakan jamanak" qəzeti ortaya çıxarıb.

Araşdırmalar nəticəsində məlum olub ki,  Edvard Nalbandyan xarici səfərlər zamanı ekonom ”“klass reyslərlə uçmaqla arası yoxdur.

O, həmişə xarici səfərlərində bahalı reyslərdən istifadə edib. "Aykakan jamanak" qəzetinin Ermənistanın Xarici İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Nalbandyan mart ayında  "Atlantis tur 4+1" aviaşirkəti ilə İrəvan- Paris - Cenevrə - London - Vaşinqton reysi üzrə səfər üçün  3 milyon 579 min 578 dram (7300 dollar ”“ red.) ödəyib. Amma həmin reysin ekonom-klassı üçün 3 dəfə az pul ödəyə bilərdi.

Nalbandyan həmçinin bahalı əşyaların həvəskarıdır. Onun bu xasiyyəti Ermənistanın Xarici İşlər Nazirliyinin yeni binasının dizaynında öz əksini tapıb. “"Aykakan jamanak" qəzeti iddia edir ki, XİN -nin yeni binası üçün  700 metrlik pərdəyə  8,5 milyon dram (17 min dollar) pul ödəyiblər. Pərdə “Ani dizany”x9ddan sifariş edilib. 

Edvard Nalbandyan - Ermənistanın xarici işlər naziri

Bundan başqa Ermənistanın baş naziri Ovik Abramyan da dəbdəbəli səfərləri xoşlayır. O, Belarusun Qrodno şəhərində keçirilən Avrasiya İttifaqının nazirlər şurasının iclasına getmək üçün Gürcüstanın "Corciyan Eyrveys" şirkətindən  özünə xüsusi  təyyarə sifariş edib və buna  27 430 dollar ödəyib. Reys Ermənistanın paytaxtı İrəvandan  Belarusun Qrodno şəhərinə təşkil edilib. 


Ovik Abramyan - Ermənistanın baş naziri

Bir müddət əvvəl də  Ermənistan cəmiyyətində də dövlət məmurlarının israfçılıqla məşğul olduqları barədə məlumatlar yayılıb.

Cəbhə xəttində keçirilən hərbi əməliyyatlardan sonra Ermənistancəmiyyətində bəlkə də ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycanın sahib olduğu müasir silahlar və Ermənistanda bu hərbi texnikanın niyə olmamasıdır. Məqalələrdə bildirlirdi ki, Ermənistanın 2015-ci il üçün nəzərdə tutulan büdcəsində vəsaitin 15 %-i hərbiyə , 6,4% -i səhiyyə, 9,6%-i isə təhsilə ayrılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO