Rusiyalı SİYASƏTÇİ: “Azərbaycan-Ermənistan sülh sazişi bu tarixdə imzalana bilər” – EKSKLÜZİV 

Rusiyalı SİYASƏTÇİ: “Azərbaycan-Ermənistan sülh sazişi bu tarixdə imzalana bilər” – EKSKLÜZİV 

Hazırda oxunan: Rusiyalı SİYASƏTÇİ: “Azərbaycan-Ermənistan sülh sazişi bu tarixdə imzalana bilər” – EKSKLÜZİV 

134503

“Bir politoloq kimi düşünürəm ki, Rusiya üçün bu region çox vacibdir. Burada Ermanistanla Azərbayacan arasındakı münaqişəni həll etmək üçün üçüncü ölkənin ərazidə rol alması məncə düzgün deyil”. 

Bu fikirləri Bizim.Media-ya Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib. ABŞ-də Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü şərh edən Rubayev, Moskvanın hər iki ölkənin (red. Azərbaycan və Ermənistan) gələcəyi üçün atılacaq müsbət addımlara təşəbbüskarlıq edən ölkələri alqışladıqlarını deyir.
 

MÖVZU İLƏ BAĞLI:

İkiüzlülüyün SON HƏDDİ – Paşinyan İrəvanda sülhdən, Praqada müharibədən DANIŞIR


Lakin ABŞ-ın sülh üçün attığı addımları Moskvanın birmənalı qarşılamadığını qeyd edib.

“Münaqişə artıq çox uzanır. Rusiya isə öz növbəsində münaqişənin aradan qaldırılması üçün əlindən gələni edir və edəcək. Bir məqamı da qeyd edim ki, ABŞ-la Rusiya arasında gərginlik olsa da, Ermənistan-Azərbaycan arasında münaqişənin həlli istiqamətində aparılan işlər yaxşı bir haldır. Çünki biz iki ölkə olaraq hazırda heç də normal münasibətlərimiz yoxdur. 

Lakin inanmaq istərdim ki, ABŞ-ın bu məsələnin həllində gördüyü işlər içdən gələn bir təşəbbüsdür. Yəni bu, səmimi, içdən gələn bir təşəbbüs deyilsə, o zaman elə düşünürəm ki, ABŞ-ın burada marağı Rusiyanı siyasi oyundan xaric etməkdir. Digər tərəfdən isə ABŞ-ın bu işini, yəni münaqişənin həllini tapması üzərində işləməsini biz həqiqətən alqışlayırıq”, - deyə Rubayev əlavə edib. 

Qərb analitiklərinin “ABŞ-da sülh bağlansa, Rusiya təxribatlara əl atacaq”, - fikirlərini şərh edən Monitorinq Mərkəzinin direktoru əlavə edib ki, bu fikirlər heç cürə razılaşa bilməzlər. 

“Baş verə biləcək təxribatlarla bağlı sualınıza gəldikdə isə, bu, rusiyafobların işidir. Rusiyada baş tutacaq görüş Qərbin hər hansı ölkəsində baş tutacaq görüşlərdən heç də geridə qalmır və fərqlənmir. Rusiyanın regionda və bu məsələdəki tərəfinə, roluna və gücünə gəldikdə, Rusiyanın rolunu və gücünü bu istiqamətdə azaltmaq çətin məsələdir. Məncə, hər şey yaxşı olacaq. Əgər Bakı və İrəvan sağlam fikir irəli sürərlərsə, məncə yay aylarında sülh müqaviləsi imzalana bilər”, - deyə A.Rubayev əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO