İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib - Rəsmi Bakı

İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib - Rəsmi Bakı

Hazırda oxunan: İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib - Rəsmi Bakı

134485

"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı medianın sualına cavabında deyib.

Açıqlamada deyilir: 

“İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 əməkdaşı və Baş konsulluğun 2 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO