Metyu Brayza: “Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur” 

Metyu Brayza: “Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur” 

Hazırda oxunan: Metyu Brayza: “Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur” 

134481

“Azərbaycan müharibə yolu ilə ərazi bütövlüyünü təmin etdi. Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummili lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı panelə Zoom vasitəsi ilə qoşulan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. 

Metyu Brayza 1999-cu ildə Ermənistan parlamentində baş verənləri xatırladıb:

“Paşinyanı dəstəkləyənlər də sülh istəyirlər. Paşinyanı dəstəkləməyənlər, müxalifət isə əksini istəyir. Ancaq Azərbaycan müharibəni unudub, Qarabağ Azərbaycandır”. 

Metyu Brayza Zəngəzur dəhlizinin açılmasını vacib sayıb: 

“Ancaq Ermənistanda yenidən müharibə, təxribat törətməyə cəhd edənlər olacağı da istisna deyil”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO