Almaniya səfiri Qubada – FOTO  

Almaniya səfiri Qubada – FOTO  

Hazırda oxunan: Almaniya səfiri Qubada – FOTO  

134344

Bu gün Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın başçılıq etdiyi nümayəndə heyəti Qubaya səfər edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba səfərində Almaniyalı diplomatı Almaniyanın Leypsiq şəhər icra hakimiyyətinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri xanım Gabriele Goldfus müşayiət edib. 

Qonaqlar əvvəlcə Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Rayon rəhbəri Quba haqqında almaniyalı səfirə geniş məlumat verib. Sonra Almaniya Federativ Respublikası səfirinin başçılıq etdiyi nümayəndə heyəti "Qədim Quba "xalçaçılıq müəssisəsində olub.
Cənab Ralf Horlemanna Quba xalçası hədiyyə edilib. Daha sonra alman qonaqlar Dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ yəhudilərinin Tarix-etnoqrafiya muzeyi və "Giləki" sineqoqu ilə tanış olublar. 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO