“ABŞ-dan ədalət gözləmək sadəlövhlükdür” – Sahib Alıyev

“ABŞ-dan ədalət gözləmək sadəlövhlükdür” – Sahib Alıyev

Hazırda oxunan: “ABŞ-dan ədalət gözləmək sadəlövhlükdür” – Sahib Alıyev

134336

“Vaşinqton danışıqlarının necə bitəcəyi haqda orada nə baş verdiyindən hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq ilkin açıqlaması var. Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dünənki beynəlxalq konfransda səsləndirlən həmən açıqlama elə də nikbin deyil.

Səbəbinə də dövlət başçımız yenə özü aydınlıq gətirdi. O bildirdi ki, qarşı tərəf Azərbaycanın terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizə haqda təklifinə cavabında “separatizm” sözünün üstündən xətt çəkib”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən dünya ölkələrinə: “Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq”


Bu, nə deməkdir? 

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymaq niyyətində deyil:

“Vaşinqton danışıqlarının arzulanan şəkildə bitəcəyi haqda bir halda əminlikə danışmaq olardı ki, onun təşkilatçısı ədalətli demirəm, çünki dünyada hegemonluq edən, yaxud da buna can atan hər hansı bir gücdən ədalət gözləmək sadəlövhlükdür, beynəlxalq hüquq və normaların prinsipial tərəfdarı kimi çıxış etsin. ABŞ-ın hərəkətlərində isə biz bunu görmürük. 

Sözü gedən ölkənin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təşviq edilməsi vurgulandığı halda bizimkinə yanaşmada eyni mövqe sərgilənmir. Orada  sadəcə Ermənistanla Azərbaycan arasında sülhün təşviqindən söhbət gedir. 
Soruşuram, nəyə əsaslanan sülhün? Ermənistanın Azərbaycan qarşı torpaq iddiasına dayanan sülhümü ABŞ nəzərdə tutur? Belə deyilsə, nədən öz səfirini Şuşaya göndərmir və Qarabağın Azərbaycan torpağı olmasını açıq şəkildə dilə gətirimir? 

Cənab İlham Əliyevin də Şuşada vurğuladığı kimi çox təəssüf ki, Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa “Qərbdəki bəzi dostlarından” daha meylli görünür və ötən ilin oktyabrındakı Praqa, Soçi Bəyannamələri də təsdiqəyir ki, “A” deyən rəsmi İrəvan “B” də deyə bilər.

Əlbəttə, əgər Praqa görüşündə Paşinyana yandaşlıq edən Makronun ölkəsi Fransa, yaxud da Soçi görüşünü təşkil edən Rusiya və digərləri maneçilik törətməsələr. Amma törədirlər. 
Fransanın Ermənistandakı revanşizm tərəfdarlarından daha çox revanşist hərəkətləri, Kremlin sözçüsü Peskovun Vaşinqton görüşü haqda son açıqlaması məhz bunu deməyə əsas verir. 

O üzdən də Azərbaycan Prezidenti çoxtərəfli yox, Ermənistanla ikitərəfli danışıqlar aparmağın daha önəmli və belədə real nəticələrin əldə edilməsi perspektivinin daha yüksək olduğunu bildirir.

Dövlət Departamentinin təmsilçisi Vedant Patelin dedikləri də göstərir ki, effektlilik baxımından onlar da birbaşa dialoqa üstünlük veirirlər. Yeri gəlmişkən, Vaşinqton danışıqları zamanı eşitdiyim ən önəmli açıqlama Antoni Blinkenin milli azlıqlar probleminin sonrakı mərhələdə həlli ilə bağlı sözləridir.

Mən belə başa düşürəm ki, ABŞ artıq Qarabağdakı hayların orada qalıb təhlükəsiz yaşamaları üçün qərbi azərbaycanlıların da öz yurd yerlərinə qayıtmalarının önəmliliyini anlayır. Və onu da anlayır ki, onların da Ermənistanda hüquq və təhlükəsizlikləri təmin edilməlidir.
Orasını da deyim ki, bəzi dövlətlər sülh anlaşması olmadan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və əməkdaşlığa başlanması haqda da düşünürlər. Ancaq Azərbaycan Prezidentinin dünən Şuşada dediklərindən də aydın görünür ki, buna getməyəcəyik. 

Niyə də getməliyik?  

Bizə qarşı düşmənçilik siyasəti yeridənlərin güclənib yenidən torpaqlarımızı işğal etmək fikrinə düşmələri üçünmü? Ona görə də dövlət başçımızın da bildirdiyi kimi Ermənistan sülh anlaşmasını imzalamayacağı təqdirdə, torpaqlarımız işğal altında olarkən həmən ölkəyə qarşı hansı siyasət yeridilmişdisə, eynisi yeridiləcək. Yəni o, yenə də təcrid vəziyyətində saxlanacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO