Qordon:

Qordon: "Ermənistan Qarabağın Azərbaycanın tərkibində olması ilə razılaşacaq"

Hazırda oxunan: Qordon: "Ermənistan Qarabağın Azərbaycanın tərkibində olması ilə razılaşacaq"

134332

“Tam əminəm ki, Ermənistan və Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə ortaq dil tapacaq. Bakı və İrəvanın yaxınlaşmasından, ABŞ-ın bu prosesdə rolundan xəbərim var və çox yaxında biz Azərbaycan və Ermənistan arasında dostluğun və sülhün şahidi olacağıq".

Bizim.Media xəbər verir ki, bunu tanınmış ukraynalı jurnalist və teleaparıcı Dmitri Qordon deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət aparır, ən güclü orduya malik olan Türkiyə ilə dostdur: "Ona görə ki, azərbaycanlılar və türklər praktiki olaraq eyni xalqdır".

"Hər birimiz əzab üçün deyil, xoşbəxtlik üçün doğulmuşuq. Hesab edirəm ki, insanlar danışıqlar aparmalı, çıxılmaz problemlərdən uzaqlaşmalı və qarşılıqlı məqbul kompromislər tapmalıdırlar. Ermənistan Qarabağın Azərbaycanın tərkibində olması ilə razılaşacaq.
İlham Əliyevin müdrikliyini bildiyim üçün əminəm ki, Azərbaycan da öz növbəsində Qarabağ ermənilərinin hüquqlarının tanınmasına təminat verəcək. Ermənilərlə azərbaycanlıların bir-birinə qarşı heç bir nifrəti yoxdur, sülh içində yaşamaq istəyirlər", deyə Qordon əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO