Gözlər VAŞİNQTONDA – Yekun sülh əldə olunacaq?

Gözlər VAŞİNQTONDA – Yekun sülh əldə olunacaq?

Hazırda oxunan: Gözlər VAŞİNQTONDA – Yekun sülh əldə olunacaq?

134313

Son günlər Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən səslənən fikirlər sülh sazişinin bağlanmasına olan ümidləri artırıb. 

Ermənistan baş naziri Paşinyan parlamentdə çıxışında Vaşinqtonda sülh mətninin müzakirə edildiyini və razılaşdırılan sənədi imzalayacağını elan edib. 

Azərbaycan Prezidenti İlham Əliyev də Vaşinqtonda nəticə əldə ediləcəyinə ümidli olduğunu bildirib. 

Həmçinin, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı iddia edilir. 

Bu kimi açıqlamalar istət-istəməz tərəflərin sülh müqaviləsinin imzalanmaq ərəfəsində olduğuna işarə sayıla bilər. 

Görəsən, sülh müqaviləsi, nəhayət ki, razılaşdırılacaqmı?

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Vaşinqton keçirdiyi görüşlərdə İrəvana təzyiq edərsə, sülh istiqamətində addım atıla bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Vaşinqton Bakı və İrəvandan nə xahiş edib?


“Azərbaycan hər zaman sülhə hazır olduğunu bəyan edib. Azərbaycan Ermənistanla sülhün bütövlükdə bölgənin taleyi və gələcəyini dəyişdirəcəyini vurğulayıb. Azərbaycan 30 illik işğal dövründə də son ana qədər məsələnin sülh yolu ilə həllinə çalışırdı.

Amma bu səylər nəticə vermədi və Azərbaycan ərazilərini müharibə yolu ilə azad etməli oldu. Postmüharibə dövründə də Azərbaycan münasibətlərin normallaşması istiqamətində daim çevik və dinamik addımlar atır”. 

Ekspertin qənaətinə görə, İrəvan rəsmilərinin dediklərinə inanmaq olmaz: 

“Ermənistan vaxt udmağa çalışaraq, vaxtaşırı sərhəddə müxtəlif təxribatlar törədir. Bu ölkə müstəqil dövlət deyil. Paşinyan da xarici dairələrin əlində oyuncağa çevrilib.

Vaşinqton görüşləri istənilən halda iki ölkə arasında münasibətlərinin gələcəyə daşınması üçün vacibdir. Çünki birmərkəzli moderatorluq xeyirli proses deyil. Rusiyanın patronajlığı altında keçirilən görüşlərdə hansısa uğura nail olunmur.
Amma Vaşinqton da Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə keçirdiyi görüşlərdə İrəvana təzyiq etməyi mütləq şəkildə bacarmalıdır. Bunlar olarsa, sülh istiqamətində addım atıla bilər. Lakin Rusiyanın qızışdırması ilə iyuna qədər İrəvanın təxribatlara getməyəcəyinə də güvənmirəm. Ona görə ki, Ermənistan güvəniləcək ölkə deyil”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO