İlham Əliyev Qubadlıda inzibati binanın təməlini qoyub - YENİLƏNİB-FOTO/VİDEO 

İlham Əliyev Qubadlıda inzibati binanın təməlini qoyub - YENİLƏNİB-FOTO/VİDEO 

Hazırda oxunan: İlham Əliyev Qubadlıda inzibati binanın təməlini qoyub - YENİLƏNİB-FOTO/VİDEO 

134269

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına layihə barədə məlumat verilib. 

Bildirilib ki, inzibati bina şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin inteqrasiyası nəzərə alınıb. Üçmərtəbəli binada avtomobillər üçün yeraltı parklanma nəzərdə tutulub. Binanın daxili planlaşdırılması müxtəlif mərtəbələrin vizual şəkildə əlaqələnməsini təmin edir. Bu yanaşma dinamik və müasir tələblərə cavab verən işgüzar mühitin formalaşmasına şərait yaradacaq. 

Binanın birinci mərtəbəsi müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri üçün nəzərdə tutulub. Burada, həmçinin bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələri fəaliyyət göstərəcək. İkinci və üçüncü mərtəbələrdə isə müxtəlif kateqoriyalara uyğun iş sahələrinin yaradılması planlaşdırılıb. 
İnzibati binanın inşasında metal konstruksiyalardan istifadə olunacaq. Fasad həlli və yastı dam günəş panellərinin quraşdırılması, həmçinin yaşıl elementlərin orqanik şəkildə inteqrasiya olunmasına imkan verəcək. 

Prezident İlham Əliyev inzibati binanın təməlini qoyub. 

11.40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Qubadlı şəhərində inzibati binanın təməlini qoyub.

Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO