“Prezidentin cavabları bəzi narahatlıqları aradan götürdü” - Pənah Hüseyn

“Prezidentin cavabları bəzi narahatlıqları aradan götürdü” - Pənah Hüseyn

Hazırda oxunan: “Prezidentin cavabları bəzi narahatlıqları aradan götürdü” - Pənah Hüseyn

13423

“Uğurlu mətbuat konfransı idi. Prezident İlham Əliyevin o suallara cavab verməsi həm xaricdə, həm də ölkə daxilində pozitiv qarşılandı. Müxtəlif məsələlər barədə Azərbaycanın mövqeyinin səsləndirilməsi çox şeyə aydınlıq gətirilməsi baxımından əhəmiyyətli idi və bəzi narahatlıqları aradan götürdü”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn canlı debatların birində açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Təklif gəlsə, YAP-a keçərsinizmi?” - Pənah Hüseynin CAVABIMÖVZU İLƏ BAĞLI


“Rusiya sülhməramlıları ilə əlaqədar Azərbaycan cəmiyyətində ciddi narahatlıqlar var idi. Bu məsələyə konkret toxunulmasa da, bir sıra mühüm mesajların verildiyini və Prezidentin fərqli şəkildə mövqeyini görməmək mümkün deyil. Orada rus dilinin rəsmi dil olmasına münasibət bildirərkən İlham Əliyev dedi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan dili rəsmi dil olacaq.”

Pənah Hüseyninin sözlərinə görə, ölkə başçısı həmin cavabı ilə həm Ermənistan, həm də İrəvanın havadarlarına Bakının bu məsələdəki sərt mövqeyini sərgiləyib.

Pənah Hüseyn bildirdi ki, Prezident rus sülhməramlıların fəaliyyətindən məmnun olduğunu dilə gətirib, ancaq ardınca xatırladıb ki, həmin qüvvələr Qarabağda müvəqqəti yerləşib. 

“Prezident İlham Əliyev Rusiya sülhməramlılarının məsuliyyət zonası deyilən ərazidə olan yerli idarəçəlik rejimini xunta, cinayətkar və qanunsuz adlandırdı.

Bu məsələyə də diqqət etmək lazımdır. Status məsələsinin gündəmə gəlməyəcəyi də deyildi. Bu isə Ermənistan mətbuatında ciddi müzakirələrə səbəb oldu. 

Daha bir yenilik ondan ibarət oldu ki, Dağlıq Qarabağ ifadəsi işlənməsin. Məncə, bu təklif Azərbaycan auditoriyasına ünvanlandı”, - deyə keçmiş baş nazir fikrini davam edib.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO