Prezidentdən dünya ölkələrinə: “Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq”

Prezidentdən dünya ölkələrinə: “Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq”

Hazırda oxunan: Prezidentdən dünya ölkələrinə: “Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq”

134202

“İstər regional inkişafla, istər beynəlxalq məsələlərlə, istərsə də ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz tamamilə aydındır. Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “NATO-nun ikinci dövləti ilə saziş imzaladıq”


“Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır”, - deyən dövlətimizin başçısı bildirib ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO