ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə yayıb.
"Bu gün artıq görüşlər başlayıb. Danışıqlar sabah da davam edəcək", - o deyib.
A.Hacızadə bildirib ki, danışıqların əsas mövzusu sülh sazişidir.
Qeyd edək ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.
Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib.
Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:21 / 03.05.2023
Rəsmi Bakıdan Vaşinqton danışıqları ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rəsmi Bakıdan Vaşinqton danışıqları ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rəsmi Bakıdan Vaşinqton danışıqları ilə bağlı AÇIQLAMA
134153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.