Son günlər siyasi proseslərdən bir müddətdir kənarda qalan Ruben Vardanyanın yenidən aktivləşdiyi hiss olunur. Belə ki, Qarabağdakı separatçı rejimdə beynəlxalq təşkilatlara müraciət üçün imzatoplama kampaniyası keçirilir.
Məlumata görə, separatçı rejimin beynəlxalq təşkilatlara 10 noyabr bəyanatının tam icra edilməsini tələb etmələri gözlənilir. Toplanan imzaların isə BMT Təhlükəsizlik Şurası, Rusiya prezidenti, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan baş nazirinə göndəriləcəyi bildirilib.
Bu çirkin kampaniyanın əsas sifarişçisi qismində isə erməni milyarder Ruben Vardanyan çıxış edir. O, bununla bağlı hətta Rusiyanın “RBK” kanalına müsahibə də verib.
Görəsən, Vardanyanın yenidən aktivləşməsinin arxasında hansı məqamlar dayanır?
Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Vardanyanın yenidən aktivləşməsini onun sifariş yerinə yetirməsilə əlaqələndirib. Ekspertə görə, bu sifariş də ona Kreml tərəfindən verilib:
“Prosesdə növbəti mərhələ başlayır. Azərbaycan ərazi bütövlüyünü təmin edəndən və sərhədlərini bütövləşdirdikdən sonra, artıq Rusiya üçün tamamilə fərqli siyasət ortalığa qoyulub.
Çünki yaxın çərçivədə separatçı rejimdə ciddi siyasi dəyişikliklər baş verə bilər. Moskva da bu kontekstdə, sözsüz ki, öz emisarını hakimiyyət başına gətirmək istəyəcək.
Araik Arutyunyan hər bir halda Ermənistan hökumətinin başçısı ilə əlaqəlidir. Həmçinin, Paşinyanın emisarları da Qarabağda ciddi şəkildə fəaliyyət göstərir. Vardanyanın başlatdığı imza toplama kampaniyası da göstərir ki, sifariş birbaşa Kremldən gəlir. İmzatoplama kampaniyasının hədəf və tələbi odur ki, Qarabağ məsələsi yenidən 10 noyabr sənədi çərçivəsinə gətirilsin, həll bu proses çərçivəsində olsun. Bu sözsüz ki, Moskvanın iddiasıdır. Ona görə də Kreml iddia edildiyi kimi heç də Vardanyandan imtina etməyib”.
Həmsöhbətimiz bildirir ki, Vardanyanın başlatdığı prosesin tələbini eynilə Rusiya Prezidentinin sözçüsü Peskov da tələb edir:
“O bildirib ki, 10 noyabr sənədinə alternativ yoxdur və proses də bu çərçivədə getməlidir. Bu faktın özü də göstərir ki, Moskva və Vardanyan eyni dildə danışırlar. Prosesin 10 noyabr sənədi əsasında həlli tələb edilirsə, onda ilk növbədə 4-cü müddəaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmə və terrorçular bölgədən çıxmalıdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:40 / 04.05.2023
Kremlin TƏHLÜKƏLİ PLANI – Vardanyan kartı yenidən AKTİVLƏŞDİRİLİR?
Hazırda oxunan: Kremlin TƏHLÜKƏLİ PLANI – Vardanyan kartı yenidən AKTİVLƏŞDİRİLİR?
Hazırda oxunan: Kremlin TƏHLÜKƏLİ PLANI – Vardanyan kartı yenidən AKTİVLƏŞDİRİLİR?
134142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.