İrandan NÖVBƏTİ XƏYANƏT – Terror qruplaşmasının rəhbərləri niyə azadlığa buraxıldı?

İrandan NÖVBƏTİ XƏYANƏT – Terror qruplaşmasının rəhbərləri niyə azadlığa buraxıldı?

Hazırda oxunan: İrandan NÖVBƏTİ XƏYANƏT – Terror qruplaşmasının rəhbərləri niyə azadlığa buraxıldı?

134126

“Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov həbsdən azad edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı “İran” qəzetinin müxbiri, tanınmış jurnalist Məhəmməd Mütləq Tvitter səhifəsində yazıb. Mütləq həmçinin SEPAH-ın məsələyə müdaxiləsindən sonra onların həbsdən buraxıldığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: İran terrorçuları Azərbaycana verməkdən imtina etdi


Tohid İbrahimbəyli və Orxan Məmmədov 22 apreldə İranın Qum şəhərində həbs edilib. Xatırladaq ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. 

Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər. 
Beynəlxalq axtarışa verildikdən sonra terror qruplaşmasının rəhbərlərinin saxlanılması azacıq da olsa inam yaratmışdı ki, İran Azərbaycana qarşı məkrli oyunlarından əl çəkəcək. Terrorçuları ölkəmizə təhvil verəcək. Ancaq hadisələrin inkişafı göstərdi ki, molla-fars rejimi xain əməllərindən əl çəkmək niyyətində deyil. Ona görə də Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycana təhvil vermək əvəzinə sərbəst buraxıldı. Bununla da molla-fars rejimi təkcə ikiüzlülüyünü göstərmədi, həm də beynəlxlaq hüquqdan uzaq bir dünya yaşadığını ortaya qoydu.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan bildirdi ki, Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi də müəmmalı idi:

“Bu barədə rəsmi məlumat yoxdur. Ancaq sosial şəbəkələrdə yazılıb. Bu günsə yazırlar ki, terror qrupunun rəhbərləri sərbəst buraxılıb. Bu informasiyaların hansının doğru olduğunu deyə bilmərəm. Bildiyimsə odur ki, molla-fars rejimi öz agentlərini asanlıqla Azərbaycana təhvil verməz. Çünki, onların hazırlanmasına külli miqdarda vəsait xərclənib. Onların Azərbaycanda müəyyən fəaliyyətləri də olub. Gəncədə və Bakıda baş verən terror hadisəsi bunun sübutudur. İran xüsusi xidmət orqanları Tohid İbrahimli və Orxan Məmmədovu fiziki cəhətdən məhv edər, amma Azərbaycana təhvil verməz”.

Tural İrfan onu da qeyd etdi ki, terror qrupunun rəhbərlərinin həbsindən sonra belə bir informasiya dövriyyəyə buraxıldı ki, guya onlar İranın xüsusi xidmət orqanlarının adından sui-istifadə ediblər:

“Hesab edirəm ki, bunlar hamısı İran hakimiyyəti tərəfindən idarə olunur. Ola bilsin ki, Ali dini liderin özünün fətvası ilə bunlar həyata keçirilir. Buna şübhəm yoxdur. İran rejimi hər zaman günah keçisi axtarır. Nə olursa onun günahını xaricdə axtarır. Gah İsraili, gah Amerikanı günahlandırır. 

Bu məsələdə də molla-fars rejiminin mövqeyi bəllidir. Terror qrupunun rəhbərləri Azərbaycana təhvil verilməyəcək. Ola bilsin ki, onlar bir müddət gözdən-könüldən uzaq saxlanılsın. Digər variant isə odur ki, onlar rejim tərəfindən aradan götürülsün”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO