İlham Əliyev və birinci xanım Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoyublar - YENİLƏNİB - VİDEO

İlham Əliyev və birinci xanım Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoyublar - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İlham Əliyev və birinci xanım Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoyublar - YENİLƏNİB - VİDEO

133960

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım Ağdama SƏFƏR EDİB - VİDEO


Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq.

Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır. 

Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. 

Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək.

İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq. 

Dövlət başçısı Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməlini qoyub. 

*** 16:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlini qoyublar.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO