Taras Kuzio: “Sülh sazişi rus sülhməramlılarının ölkələrinə qayıtması deməkdir” – MÜSAHİBƏ 

Taras Kuzio: “Sülh sazişi rus sülhməramlılarının ölkələrinə qayıtması deməkdir” – MÜSAHİBƏ 

Hazırda oxunan: Taras Kuzio: “Sülh sazişi rus sülhməramlılarının ölkələrinə qayıtması deməkdir” – MÜSAHİBƏ 

133850

"ABŞ və Aİ nəhayət ki, Azərbaycanın Aİ üçün yeni enerji təchizatçısı kimi strateji əhəmiyyətini anladı".

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Üçtərəfli danışıqların ABŞ RAUNDU – Vaşinqtondan sülh xəbəri GƏLƏCƏKMİ?


Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan xarici işlər nazirinin bu gün reallaşan görüşünü şərh edən politoloq, uzun müddət sonra ABŞ-ın Cənubi Qafqazda maraqlarının artdığını deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Kuzio bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-da görüşdü. Uzun müddətdir ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq üçün səylər göstərir.

Sizcə, bugünkü və daha bir neçə gün davam edəcək görüş uğurlu olacaqmı?

- Məndə belə bir təəssürat yarandı ki, Barak Obama 2008-ci ildə seçiləndən bəri ABŞ Cənubi Qafqazdan əskikdir və bu yoxluq prezident Co Baydenin dövründə də davam edirdi. ABŞ-ın Cənubi Qafqaza maraq göstərməməsi həm də Türkiyə-ABŞ münasibətlərinin zəif olmasının məhsulu idi.

Ola bilsin ki, ABŞ pərdə arxasında Aİ-nin sülh razılaşmasına vasitəçilik etməsini dəstəkləyirdi. Avropanın artıq Rusiya qazından asılılığından sonra ABŞ və Aİ nəhayət ki, Azərbaycanın Aİ üçün yeni enerji təchizatçısı kimi strateji əhəmiyyətinə ayıldı.

- Yəni ABŞ-ın Cənubi Qafqaza marağı artıb, deyə bilərikmi?

- Bəli, artıb. Səbəblərindən asılı olmayaraq, ABŞ-ın üç onillik münaqişəni həll edən sülh sazişi üçün Aİ-yə dəstək verməsi çox vacibdir. Bu, Ermənistana Rusiyadan daha müstəqil olmağa və Avropa ilə genişlənmiş ticarətdən və mövcud enerji kəmərlərindən faydalanmağa imkan verərdi. Nəticələrin isə olacağına inanmaq lazımdır.

- Zəngəzur dəhlizinin açılması ABŞ üçün vacib hesab olunur. Ancaq Zəngəzur dəhlizinin açılması üçün sülh sazişi olmalıdır. Rusiya-Ukrayna müharibəsi fonunda bir çox nəhəng ölkələrin yeni nəqliyyat dəhlizinə ehtiyacı var. Hesab edirəm ki, ABŞ-ın sülhə marağının əsas hədəfi Zəngəzur dəhlizidir. Yəqin ki, bu fikirlə razısız?!

Sizcə, ABŞ Azərbaycanla sülh üçün Ermənistana təzyiq etməlidirmi?

- Ermənistanın sülh sazişinə daha çox meylli olması ironiya doğurur, çünki Azərbaycan Laçın dəhlizində sərhəd nəzarəti qurmaqla daha sərt xətt qəbul edib. Bu ona görə edilib ki, Rusiyanın “sülhməramlılarıları” Azərbaycana qarşı erməni irredentizmini dəstəkləyib, Qarabağ məsələsinin həllini təxirə salıblar.

ABŞ və Fransanın böyük erməni lobbiləri var və ona görə də ABŞ ehtiyatlı addım atmalıdır. Aydındır ki, Zəngəzur dəhlizinin həlli yalnız Türkiyə, Aİ və ABŞ-ın maraqlarına cavab verən sülh sazişi çərçivəsində olacaq, Rusiyanın deyil. Sülh sazişi o deməkdir ki, Rusiyanın “sülhməramlıları” 2025-ci ildə mandatları bitdikdə vətənə qayıda bilərlər.
- Müsahibə üçün təşəkkür edirəm cənab Kuzio.

- Təşəkkürlər.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO