Dövlət Departamenti: Rusiya nazirlərin Vaşinqton görüşündən məyus olacaq

Dövlət Departamenti: Rusiya nazirlərin Vaşinqton görüşündən məyus olacaq

Hazırda oxunan: Dövlət Departamenti: Rusiya nazirlərin Vaşinqton görüşündən məyus olacaq

133848

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri - Ceyhun Bayramov və Ararat Mirzoyan sülh danışıqları üçün bir araya gəlib. Hər iki nazirin səfəri ABŞ-ın dövlət katibi Entoni Blinkenin dəvətilə reallaşdırılıb. 

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi deyib ki, ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiya mütləq münasibət bildirəcək.

Bizim.Media xəbər verir ki, o, rusların məyus olacağını və buna mənfi reaksiya verəcəyini vurğulayıb.


Rəsminin dediyinə görə, ən vacibi tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada görüşməsi deyil, məkandan asılı olmayaraq bir-biri ilə əlaqə qura bilməsidir.

“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO