Azərbaycanın quru sərhədləri bağlıdır: Bəs ermənilər niyə buraxılır? - FOTO/VİDEO

Azərbaycanın quru sərhədləri bağlıdır: Bəs ermənilər niyə buraxılır? - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın quru sərhədləri bağlıdır: Bəs ermənilər niyə buraxılır? - FOTO/VİDEO

133690

Azərbaycan tərəfinin yaydığı videogörüntülərdə erməniəsilli Azərbaycan vətəndaşlarının sərhəd-keçid məntəqəsini necə keçdiyi görünür. Hər şey mütəşəkkil və intizamlı, qarşılıqlı nəzakət mühitində baş verir. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Lakin bu videogörüntülər Azərbaycan cəmiyyətində suallar doğurub. Onlardan biri budur:

“Əgər Azərbaycanın quru sərhədləri bağlıdırsa, ermənilərin şəxsi avtomobilləri ilə Qarabağ regionuna daxil olmaları, yaxud oranı tərk etmələri niyə istisna edilir?

Bizim.Media xəbər verir ki, caliber.az buna daha geniş kontekstdə cavab verməyə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində SON VƏZİYYƏT - VİDEO 


Əvvəla, indi Azərbaycan üçün ən vacib məsələ Ermənistanın fəal şəkildə təbliğ etdiyi “blokada nağılı” mifini dağıtmaqdır. Sərhəd-keçid məntəqəsi işləyir, insanların şəxsiyyəti müəyyənləşdirilir, nəqliyyat yoxlanılır, keçid təmin edilir.

Yeri gəlmişkən, bunu Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib. Dövlət başçısı vurğulayıb ki, “Laçın” sərhəd-keçid məntəqəsinin yaradılmasında məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, əksinə, nəzarəti təmin etməkdir və insanlar artıq bu keçid məntəqəsindən istifadə edirlər.

İkincisi, hələ sərhəd-keçid məntəqəsi işə düşməmişdən əvvəl ermənilər Rusiya sülhməramlı kontingenti (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə Azərbaycan ərazisinə daxil olurdular. Yəni, əvvəllər də onlar üçün müəyyən “istisnalar” rejimi işləyirdi.

Üçüncüsü, RSK-nın Qarabağdakı müvəqqəti məsuliyyət zonasına gələn vətəndaşlar Azərbaycanın digər əhalisi üçün epidemioloji təhlükə yaratmırlar, çünki onlar hazırki mərhələdə cəmiyyətimizə inteqrasiya olmayıblar.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO